Rusiya Federasiyasının İstintaq Komitəsi (İK) Ukrayna Silahlı Qüvvələrinin (USQ) quru qoşunlarının komandanı Sergey Popkoya qarşı qiyabi ittiham irəli sürüb. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin törətdiyi cinayətlərin araşdırılması üzrə əməliyyat qərargahının idarə rəisi Aleksandr Bastrıkinin Xerson vilayətinin Geniçesk şəhərində keçirdiyi iclasdan sonra məlum olub.

“Ukrayna Silahlı Qüvvələrinin quru qoşunlarının komandanı Sergey Popkoya 2016-cı ilin martından 2019-cu ilin avqustuna qədər DXR və LXR-də mülki yaşayış məntəqələrini atəşə tutduğuna görə qiyabi ittiham irəli sürülüb”, - deyə nazirliyin mətbuat xidmətindən bildirilib.

Popkonun hərəkətləri nəticəsində uşaqlar da daxil olmaqla 180-dən çox insan yaralanıb və həlak olub, Donbassda 370 mühüm infrastruktur obyekti dağıdılıb.

Hazırda Popko Kiyev şəhər hərbi administrasiyasının rəhbəri vəzifəsini tutur.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN