Ağsu rayonu, Girdə kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğının söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.
Bu barədə Tezadlar.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Yanğının geniş əraziyə yayılmasının qarşısının alınması və ərazinin çətin keçidli dağlıq ərazi olması səbəbindən FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən yanğınsöndürmə işlərində texnika ilə yanaşı, əl ilə söndürmə üsulundan istifadə olunur.
Əlavə məlumat veriləcək.