Keçmiş MI6 agenti (Böyük Britaniya Xarici Kəşfiyyat Xidməti) Alastair Kruk Judging Freedom YouTube kanalında Ukrayna Silahlı Qüvvələrinin (USQ) əks-hücumu xilas etmək üçün çıxılmaz addım atdığını söyləyib.

Onun sözlərinə görə, Ukrayna hərbçiləri müttəfiqlərin gözündə özünü doğrultmaq üçün müdafiə xəttini yarmağa çalışır. Ekspert bildirib ki, Qərb baş verənlərdən narazıdır, çünki NATO texnikasının tədarükünə baxmayaraq, Ukrayna Silahlı Qüvvələri hücum əməliyyatları zamanı ciddi uğur qazana bilməyib.

“Onlar ən azı cəbhədə nəyəsə nail olmaq üçün ümidsiz addım atdılar, lakin uduzurlar, heç nəyə nail ola bilmədilər”, - Kruk bildirib.

O əlavə edib ki, ABŞ və müttəfiqləri artıq eyni həcmdə hərbi yardım göstərə bilməzlər, ona görə də Ukrayna Silahlı Qüvvələri üçün bu, irəliləyiş üçün son şansdır.

Ukrayna prezidenti Vladimir Zelenski bir müddət əvvəl Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunun çox çətin olduğunu bildirib. Onun sözlərinə görə, Ukrayna ordusu bəzi bölgələrdə irəliləyir, lakin hansı ərazilərdə olduğunu dəqiqləşdirməyib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN