Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 47 halda yanğına çıxış və 4 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Nazirliyin mətbuat xidmətindən Tezadlar.az-a bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınlar operativ söndürülüb, insanların həyatı xilas olunub.

Ümumilikdə, FHN-in qüvvələri ötən sutka ərzində qəza-xilasetmə əməliyyatları zamanı üç azyaşlı uşağı xilas ediblər. Paytaxtın Sabunçu rayonunda bağlı qapı arxasında aşkarlanan bir cəsəd aidiyyəti üzrə təhvil verilib. Həmçinin Kür çayının Zərdab rayonunun Təzəkənd kəndindən keçən hissəsində batması ehtimal olunan bir uşağın axtarışlarına dalğıc-axtarış qrupu cəlb olunub.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN