Sudanın paytaxtı Xartumda döyüşlər başlayıb, sursat anbarı yaxınlığında güclü partlayış baş verib.

Bu barədə “Al Arabiya” məlumat yayıb.

Nəşrin məlumatına görə, Xartumda ordu ilə Çevik Reaksiya Qüvvələri (ÇRQ) arasında yenidən döyüşlər başlayıb. Nizami ordunun qoşunları sursat anbarını, eləcə də ÇRQ-nin digər obyektlərini bombalayıb.

ÇRQ - təkcə ordu birliyi deyil, həm də çoxlu sayda silaha malik qəbilə birləşməsidir. Sudanda hakimiyyət uğrunda ordu ilə rəqabət aparır.

2023-cü ilin aprelində ordu ilə ÇRQ arasında münaqişə baş verib və nəticədə ağır texnikadan istifadə etməklə küçə döyüşləri baş verib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN