Ukraynanın Çerkassı vilayətində partlayış səsləri eşidilib.

Ukraynanın “Zerkalo Nedeli” qəzeti yerli icmaların məlumatlarına istinadən yazır.

Nəşrin məlumatına görə, yerli hakimiyyət orqanları hələlik bu vəziyyətə münasibət bildirməyib. Digər təfərrüatlar verilmir. Bir neçə saat əvvəl Ukraynanın bütün bölgələrində hava xəbərdarlığı elan edilib. Əhalinin xəbərdar edilməsi üzrə rəsmi mənbənin məlumatına görə, Çernivtsi, Çerniqov, Çerkassı, Xmelnitski, Xarkov, Ternopil, Sumi, Rivne, Poltava, Odessa, Nikolayev, Lvov, Kirovoqrad, Kiyev, İvano-Frankivsk, Transkarpat, Jitompetir şəhərlərində həyəcan təbili çalınıb.

Bir gün əvvəl Kiyevin nəzarətində olan Zaporojye şəhərində partlayışlar baş verib. Bundan əvvəl Ukraynanın “Klymenko Time” qəzeti Dnepropetrovsk vilayətində Mayskoye aerodromunun yaxınlığında bir neçə partlayışın baş verdiyini yazıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN