Albaniyanın BMT-dəki daimi nümayəndəsi Ferit Hoca brifinqdə bildirib ki, Ukrayna prezidenti Vladimir Zelenski Nyu-Yorkda BMT-nin dünya liderlərinin görüşündə, eləcə də Təhlükəsizlik Şurasının Ukrayna üzrə iclasında iştirak edəcək.

Tezadlar.az xəbər verir ki, bu barədə “The Guardian” yazır.

Daimi nümayəndə qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının Ukrayna üzrə sentyabrın 20-nə planlaşdırılan iclası nümayəndə heyətlərinin rəhbərləri səviyyəsində keçiriləcək.

Onun sözlərinə görə, Zelenski böyük ehtimalla orada iştirak edəcək. Bundan başqa, Ukrayna prezidenti dünya liderlərinin Nyu-Yorkda keçirilən illik görüşünə də dəvət olunub.

Xatırladaq ki, BMT Baş Assambleyasının yüksək səviyyəli sessiyasının həftəsi sentyabrın 19-dan 26-dək keçiriləcək. İclasda 99 dövlət başçısı, 48 baş nazir və 32 xarici işlər naziri iştirak edəcək. Tədbirdə Rusiyanı Rusiyanın xarici işlər naziri Sergey Lavrov təmsil edəcək.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN