Gürcüstanın hakim “Gürcü arzusu” partiyası parlament çoxluğunun sentyabrın 4-də keçiriləcək iclasında dövlət başçısı Salome Zurabişvilinin impiçment proseduruna başlamaq üçün konstitusiya məhkəməsinə ərizə göndərmək üçün lazımi səsləri toplamağa başlayacaq.

Bu barədə Tezadlar.az İmedi teleşirkətinə istinadən xəbər verir.

Partiyanın lazımi 50 deputat səsini toplayacağı dəqiqləşib. Ölkə parlamentinin spikeri Şalva Papuaşvilinin sözlərinə görə, imzaların toplanması başa çatdıqdan sonra “Gürcü arzusu” Konstitusiya Məhkəməsinə müraciət edəcək.

“Məhkəmənin bir ay vaxtı olacaq ki, qanuni qərardad hazırlayıb parlamentə təqdim etsin. Konstitusiya Məhkəməsi hesab etsə ki, konstitusiya pozuntusu ilə üzləşirik, parlamentdə səsvermə başlayacaq", - o deyib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN