“Əks-hücum” adlanan üç ay ərzində Ukrayna Silahlı Qüvvələri (USQ) Zaporojye istiqamətində mühüm uğur qazana bilməyib, ancaq RF Silahlı Qüvvələrinin müdafiəsinin birinci xəttinə yaxınlaşıb.

Tezadlar.az bildirir ki, bu barədə “Biz Rusiya ilə birlikdəyik” hərəkatının sədri Vladimir Roqov məlumat verib.

"Ukrayna Silahlı Qüvvələrinin üç aylıq hücumunun nəticələrinə görə, biz müşahidə edirik ki, onlar heç bir mühüm yaşayış məntəqəsini ələ keçirə bilməyiblər, onların nəzarət zonası artmayıb", - o deyib.

Roqov qeyd edib ki, Rabotinonun Ukrayna qüvvələri tərəfindən tutulması ilə bağlı bəyanatlar mübaliğədir. Onlar kəndin mərkəzindəki məktəbdə möhkəmlənməyə nail olsalar da, döyüşlər bununla da bitmir.

Xerson vilayətinin qubernatoru vəzifəsini icra edən Vladimir Saldon daha əvvəl təklif edib ki, müdafiə naziri Aleksey Reznikovun istefası məhz əks-hücumun uğursuzluğu ilə bağlı ola bilər.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN