Ukraynanın piyada qoşun hissələri Zaporojyedə cəbhə xəttini yararaq irəliləyib

Tezadlar.az Ukrayna Müdafiə Nazirliyinə istinadla bildirir ki, piyada qoşunları Zaporojye vilayətinin işğal olunmuş qərb hissəsində Rusiya ordusunun müdafiəsinin tərkib hissəsi olan tank əleyhinə səngərlərə daxil olublar və bu maneələrin arxasında mövqe tutublar. Bu barədə həm də Müharibə Tədqiqatları İnstitutu (ISW) hesabatında məlumat yayıb. Hərbi ekspertlərin fikrincə, Ukrayna qüvvələri bu mövqeləri daha da möhkəmlədəcək. İnstitut bildirir ki, Ukrayna qoşunlarının Rusiyanın bu müdafiə xəttini tamamilə yarıb daha irəli gedəcəyini proqnozlaşdıra bilmir, çünki bu ərazilərdə Ukraynanın ağır texnikası yoxdur. Sentyabrın 4-də yayımlanan geo-istinadlı video görüntülərdə Ukrayna qüvvələrinin Verbovenin dərhal qərbində üçqatlı müdafiənin bir hissəsi olan Rusiya tank əleyhinə səngərlərinin və "əjdaha dişləri" baryerlərinin şərqindəki mövqelərinə doğru irəlilədiyi göstərilir. Geolokasiya məlumatları göstərir ki, Ukraynanın yüngül piyada qoşunları da şimal-qərbdən Verbovoyeyə aparan yol boyunca hazırlanmış Rusiya müdafiə mövqeləri silsiləsində irəliləyib. Bundan əlavə, Ukrayna qüvvələri Robotin və Novoprokopovka arasındakı Rusiyanın müdafiə mövqelərinə doğru da irəliləməkdədir. Ukrayna Silahlı Qüvvələri Rusiyanın müdafiə xəttlərindən birində artıq yaratdıqları boşluğu genişləndirir və bu xəttin taktiki arxa bölgələrinə daha çox texnika və şəxsi heyətin daşındığı bildirilir.
 RAMİZ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN