Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının Nyu-Yorkda keçiriləcək iclası zamanı BMT-nin baş katibi Antonio Quterreşlə taxıl sazişinin bərpasını müzakirə etməyi planlaşdırdığını bildirib.

Ərdoğan qeyd edib ki, Qara Dəniz Taxıl Təşəbbüsünün bərpası bütün dünya üçün prioritet məsələdir.

“Artıq bildiyiniz kimi, bu ay BMT Baş Assambleyası keçiriləcək. Orada cənab Quterreşlə görüşlərimiz olacaq və biz bu məsələləri də müzakirə edəcəyik”, - Ərdoğan deyib.

Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin taxıl müqaviləsinin şərtlərini yerinə yetirdikdən sonra onu bərpa etməyə hazır olduğunu bəyan edib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN