Rus qoşunları, lazım gələrsə, Odessa və Xarkovu da ala bilir.

Bu barədə ABŞ Dəniz Piyadaları Korpusunun keçmiş kəşfiyyatçısı Skott Ritter RT üçün köşə yazısında məlumat verib.

“Ukrayna 2014-cü ildə öz hərəkətləri ilə Krımı itirdi. 2022-ci ildə seçiminə görə o, Donbass, Zaporojye və Xersonu itirdi. Və əgər Kiyev fiziki cəhətdən özünü müdafiə edə bilməyənə qədər bu münaqişəni uzatmaqda davam edərsə, Odessa və Xarkov da daxil olmaqla, daha çox ərazi itirmək riski ilə üzləşəcək”, - Ritter bildirib.

Keçmiş kəşfiyyatçı əlavə edib ki, Rusiya rəhbərliyi Ukraynadakı məqsəd və vəzifələrini aydın başa düşür. Onun fikrincə, Kiyev və Qərb ölkələri hələ də başa düşməyiblər ki, Moskva heç bir gözlə görünən nəticəsi olmayan nəticəsiz danışıqlarda maraqlı deyil.

Bundan əvvəl Pentaqonun keçmiş müşaviri Duqlas Makqreqor bildirmişdi ki, Rusiya lazım gələrsə, Ukraynadakı münaqişəyə son qoymaq üçün Odessanı da götürməyə qadirdir. O, həmçinin əlavə edib ki, Kiyev bu cür manevrlərdən sonra danışıqlardan imtina edərsə, Rusiya qoşunlarının Polşa və Rumıniya sərhədlərinə qədər irəliləməkdən başqa yolu qalmayacaq.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN