Bloomberg mənbələrinə istinadən xəbər verir ki, Aİ-nin yüksək rütbəli məmurları Rusiya prezidenti Vladimir Putin və Çin prezidenti Si Cinpinin Yeni Dehlidə keçirilən G20 sammitində iştirak etməməsindən istifadə edərək, dəvət olunmuş bir sıra afrikalı qonaqlara təsir göstərməyə çalışmaq niyyətindədirlər.

TEZADLAR.AZ xəbər verir ki, Avropa rəsmiləri afrikalı həmkarları ilə bir sıra görüşlər planlaşdırdıqlarını bildirdilər, çünki “27 dövlətdən ibarət blok müstəmləkəçiliyin problemli mirasına baxmayaraq, Afrika ilə tərəfdaşlığını yenidən nəzərdən keçirməkdə ciddi olduğunu göstərmək istəyir”.

Belə görüşlərdə aşağıdakı rəsmi şəxslərin iştirakı gözlənilir: Avropa Komissiyasının sədri Ursula fon der Leyen, Avropa Şurasının sədri Şarl Mişel və Almaniya kansleri Olaf Şolst. Bildirilir ki, Afrika tərəfini Cənubi Afrika, Misir, Nigeriya və Komor adalarının liderləri təmsil edəcək.

Mənbələr bildirirlər ki, Aİ Afrika İttifaqının G20-yə tam üzvlüyünü təmin etməyə çalışır, nəinki daimi dəvət olunmuş qonaq statusu. Tərəflər,həmçinin Ukrayna münaqişəsini və onun qlobal ərzaq təhlükəsizliyi üçün nəticələrini, həmçinin qlobal maliyyə arxitekturasında islahatların aparılması, özəl investisiyalar üçün şəraitin yaxşılaşdırılması, Afrika qitəsində infrastruktur layihələrinin həyata keçirilməsi və Sahel bölgəsindəki vəziyyəti müzakirə edəcəklər.

G20 sammiti 9-10 sentyabr tarixlərində Yeni Dehlidə keçiriləcək. Sammitdə bütün üzv dövlətlərin, eləcə də digər doqquz ölkənin (Banqladeş, Misir, İspaniya, Mavrikiy, Nigeriya, Hollandiya, Birləşmiş Ərəb Əmirlikləri, Oman və Sinqapur) iştirakı gözlənilir. Rusiyanı xarici işlər naziri Sergey Lavrov, Çin nümayəndə heyətinə isə baş nazir Li Qiang təmsil edəcək.

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN