Rəsmi Kiyev Ukraynadan kənd təsərrüfatı məhsullarının idxalına qoyulan qadağa aradan qaldırılana qədər məmurların və parlamentarilərin Polşaya səfərini qeyri-rəsmi şəkildə qadağan edib.

Bu barədə Ali Radanın deputatı Aleksiy Qonçarenko özünün Teleqram kanalında məlumat verib.

“Hakimiyyət bizim kənd təsərrüfatı məhsullarına qoyulan qadağa aradan qaldırılana qədər hər hansı məmur, deputat və ya digər dövlət qulluqçularının Polşada tədbirlərə gəlməsini qeyri-rəsmi şəkildə qadağan edib”, - nəşr yazır.

Qonçarenko belə bir qərarı “absurd” və “dost olmayan addım” adlandırıb.

Bundan əvvəl onet.pl portalı Ukrayna Ali Radasının deputatlarının Polşaya səfərinə qadağa qoyulması barədə məlumat yayıb. Ukraynanın Polşadakı səfiri Vasili Zvariç isə öz növbəsində bildirib ki, səyahət tam qadağan olunmayıb, deputatlar parlament nümayəndə heyətlərinin tərkibində, eləcə də digər ölkələrin parlamentlərinin rəsmi dəvəti ilə ezamiyyətə gedə bilərlər.

Xatırladaq ki, sentyabrın 15-də Ukraynanın bir sıra məhsullarının Avropa İttifaqına idxalına qoyulan qadağanın müddəti başa çatır.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN