Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bildirib ki, Rusiya prezidenti Vladimir Putin G20 sammitinin iştirakçıları ilə hətta videobağlantı vasitəsilə də danışmayacaq.

"Xeyr, bu planlaşdırılmır. Bütün işləri xarici işlər naziri həyata keçirəcək", - Peskov jurnalistlərə bildirib.

O qeyd edib ki, rusiyalı ekspertlər sammitin sənədlərinin razılaşdırılması üzrə gərgin işdə iştirak edirlər. Rusiya nümayəndə heyətinin sədri Sergey Lavrovdur.

G20 9-10 sentyabr tarixlərində Hindistanda, Yeni Dehlidə keçiriləcək. İyirmi iştirakçı ölkənin liderləri ilə yanaşı, daha doqquz dövlətin - Banqladeş, Misir, İspaniya, Mavrikiy, Nigeriya, Hollandiya, Birləşmiş Ərəb Əmirlikləri, Oman və Sinqapurun başçıları da iştirak edəcəklər.

Daha əvvəl məlumat verilmişdi ki, G20-də iştirak edən ölkələr Ukrayna münaqişəsinə vahid yanaşmanın inkişaf etdirildiyini bəyan ediblər.

E.ŞİRİNOV

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN