Mərakeşdə dağıdıcı zəlzələnin başlama anı videoya düşüb. Təbii fəlakət nəticəsində 632 nəfər ölüb, daha 329 nəfər xəsarət alıb.

Kadrlarda yeraltı təkanların necə başladığı görünür. İnsanlar müxtəlif istiqamətlərə qaçırlar. Videoda evlərdən birinin damının uçması da əks olunub.

Xatırladaq ki, Mərakeş sakinləri sentyabrın 9-na keçən gecə güclü təkanlar hiss ediblər. Zəlzələnin gücü 6,9 bal olub. Onun mənbəyi on kilometr dərinlikdə, ocağı isə Mərakeş yaxınlığında yerləşib.

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Mərakeşin Kralı VI Məhəmmədə bu ölkədə baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar başsağlığı verib.

Prezident İlham Əliyev faciə ilə əlaqədar Kral VI Məhəmmədə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Mərakeş xalqına öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, yaralananlara və xəsarət alanlara şəfa diləyib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN