“Gürcüstan naminə Lelo” müxalifət partiyası hökumət təyyarəsindən şəxsi məqsədləri üçün istifadə etdiyi iddia edilən respublikanın baş naziri İrakli Qaribaşviliyə qarşı impiçment proseduruna başlamağı planlaşdırır.

Bu barədə partiyanın siyasi şurasının üzvü Levan Samuşiya brifinqdə məlumat verib.

“Lelo partiyası baş nazir Qaribaşvilinin törətdiyi mümkün cinayətlə bağlı impiçment proseduruna başlamaq qərarına gəlib”, - o deyib.

Bundan əvvəl sosial şəbəkələrdə Qaribaşvilinin ABŞ-da olduğunu göstərən fotoşəkil yayılıb. Daha sonra Gürcüstan hökumətinin Strateji Kommunikasiyalar Departamenti bu məlumatı təsdiqləyərək, ABŞ-da kabinet rəhbərinin Pensilvaniya Universitetinə daxil olan oğlunun yanında olduğunu qeyd edib. Departament onun ABŞ-a şəxsi səfəri üçün çarter reysindən istifadə etdiyini vurğulayıb.

Çarter reysi ilə bağlı məlumatlar gürcü cəmiyyətində səs-küyə səbəb olub. Çoxları hesab edir ki, respublikanın hökumət başçısının maaşı ona şəxsi təyyarə tutmağa imkan vermir. Gürcüstanın müxalif TV Pirveli telekanalı şənbə günü baş nazirin hökumət təyyarəsi ilə ABŞ-a getdiyini bildirib. Uçuş avqustun 19-da baş tutub.

Hökumət üzvünün impiçment proseduruna başlamaq üçün 150 deputatdan 50-si Gürcüstan Konstitusiya Məhkəməsinə müraciət etməlidir. Bir ay ərzində məmurun qanunu pozduğunu müəyyən edərsə, parlament iki həftə ərzində impiçment qərarına baxmalıdır. Hökumət üzvü 150 deputatın səs çoxluğu onun lehinə səs verərsə, vəzifəsindən azad edilmiş sayılır.

Eyni zamanda, hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyası ölkə prezidenti Salome Zurabişviliyə qarşı impiçment proseduru aparır. O, hökumətin icazəsi olmadan Avropa ölkələrinə rəsmi səfərlər etməkdə ittiham olunur. Konstitusiyaya görə, prezident xarici siyasətdə nümayəndəlik funksiyalarını yalnız Nazirlər Kabinetinin razılığı ilə həyata keçirə bilər.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN