Moskva məhkəməsi Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətin (“Rosselxoznadzor”) rəhbərinin keçmiş köməkçisi Dmitri Natarovu rüşvət işi ilə bağlı ciddi rejimli koloniyada 12 il müddətinə azadlıqdan məhrum etməklə, 18,8 milyon rubl məbləğində cərimələyib.

Bu barədə yerli mətbuata paytaxt prokurorluğundan məlumat verilib.

“Moskvanın Şimal İnzibati Dairəsinin prokurorluğunun dövlət ittihamçısının mövqeyini nəzərə alaraq, Savelovski Rayon Məhkəməsi Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmət rəhbərinin 44 yaşlı keçmiş köməkçisi Dmitri Natarova hökm çıxarıb. 12 il həbs cəzası və rüşvətin iki misli miqdarında, yəni 18,8 milyon rubldan çox cərimə cəzası ilə cəzalandırılır. 10 il müddətində dövlət nümayəndəsi funksiyalarının, təşkilati, inzibati və təsərrüfat funksiyalarının həyata keçirilməsi sahəsində fəaliyyəti məhdudlaşdırılıb", - məlumatda deyilir.

Hökm hələ qanuni qüvvəyə minməyib. Natarov məhkəmə zalında həbs edilib. Əvvəllər o, Cinayət Məcəlləsinin 290-cı maddəsinin 6-cı hissəsi (rüşvət alma) və Cinayət Məcəlləsinin 135-ci (yetkinlik yaşına çatmayanlara qarşı cinsi xarakterli nalayiq hərəkətlər etmək) maddəsi ilə ittiham olunub.  

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti Natarovun işdən çıxarıldığını bildirib. Departamentin rəsmi nümayəndəsi Natarovun getməsinə səbəbin mediada ona qarşı aparılan informasiya kampaniyası ilə əlaqədar “Rosselxoznadzor”un nüfuzuna xələl gətirməmək istəyi ilə izah edib.

Bundan əlavə, o, tutduğu vəzifəyə görə istintaqın obyektivliyinə təsir göstərməklə bağlı hər hansı mümkün ittihamı istisna etmək qərarına gəlib.

E.ŞİRİNOV

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN