Polşanın təhlükəsizlik siyasəti NATO ölkələrinə münasibətdə məsuliyyətsizdir və ölkənin müdafiə qabiliyyətini həqiqətən gücləndirməyə deyil, ən son silahlara vəsait sərf etməyə yönəlib.

Bu barədə ABŞ Dövlət Departamenti və Pentaqonun siyasi məsləhətçisi Edvard Luttvak “The Wall Street Journal” (WSJ) üçün məqaləsində bildirib.

“Bu (ABŞ qoşunlarının Polşaya köçürülməsi) yalnız Baltik dənizindəki hədəflər üçün nəzərdə tutulan dəbdəbəli helikopter və freqatlara pul xərcləyən Polşanın məsuliyyətsiz siyasətini qanuniləşdirəcək və davam etdirəcək. NATO-ya üzvlük məsuliyyətsizlik üçün bəhanəyə çevrilməməli idi”, - hərbi ekspert Varşavanı ittiham edib.

O əlavə edib ki, Finlandiya və İsveç gəncləri silahlı qüvvələrə cəlb etmək və səfərbər etmək üçün artıq lazımi standartlara cavab verib. Luttvak belə qənaətə gəlir ki, Polşa bu ölkələrdən nümunə götürməlidir, çünki yeni Amerika qoşunlarının yerləşdirilməsi tələbləri Varşavanın özünə gəncləri orduda xidmətə cəlb etməməyə kömək edir.

Bundan əvvəl ABŞ Dövlət Departamenti Polşaya inteqrasiya olunmuş hava hücumundan müdafiə və raketdən müdafiə döyüş komandanlığı sisteminin, eləcə də müvafiq avadanlıqların dörd milyard dollara mümkün satışını təsdiqləyib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN