Rusiya prezidenti Vladimir Putin ABŞ-a Kiyevi Vaşinqtonun sülh istəməsi halında danışıqları qadağan edən fərmanı ləğv etməyə inandırmağı təklif edib.

Bu barədə Rusiya lideri Şərq İqtisadi Forumunun plenar iclası zamanı bildirib.

"Əgər ABŞ Ukraynanın danışıqlara hazır olduğuna inanırsa, o zaman Ukrayna prezidentinin danışıqları qadağan edən fərmanını ləğv etsinlər, eyni fərmanı prezident verib. O, həm özünə, həm də başqalarına danışıqlar aparmağı qadağan edib", - deyə dövlət başçısı bildirib.

Putin həmçinin qeyd edib ki, Ukrayna Silahlı Qüvvələri əks-hücum əməliyyatlarını davam etdirərkən Rusiya hərbi əməliyyatları dayandıra bilməz. Onun fikrincə, Kiyev üçün danışıqların məqsədlərindən biri yalnız hərbi resursları artırmaq ola bilər. O əlavə edib ki, Ukraynanın özü sülh danışıqlarına hazır olduğunu bəyan etməlidir.

Daha əvvəl Putin bildirib ki, Moskva Ukrayna ətrafında vəziyyətlə bağlı danışıqlardan imtina etməyib və dialoqu davam etdirməyə hazırdır. O qeyd edib ki, Ukrayna hakimiyyət orqanları Rusiya ilə danışıqları qadağan edən xüsusi normativ baza hazırlayıb.

"Biz öz tərəfimizdən heç vaxt danışıqlardan imtina etməmişik, həmişə demişik ki, dialoqu davam etdirməyə hazırıq", - prezident bildirib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN