Avropa İttifaqı daha əvvəl “Ukraynanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyinə təhlükə və zərbə vurduğu” üçün dörd Rusiya vətəndaşına qarşı tətbiq edilmiş sanksiyaları ləğv etmək qərarına gəlib.

Bu barədə Aİ Şurası məlumat yayıb.

“Sanksiyaların nəzərdən keçirilməsi kontekstində Şura həmçinin dörd şəxsə qarşı sanksiyaları uzatmamaq qərarına gəlib”, - nəşr qeyd edir.

Aİ Şurası konkret olaraq kimin qara siyahıdan çıxarıldığını açıqlamayıb. Bu, müvafiq qaydaların yaxın vaxtlarda dərc edilməli olduğu Aİ-nin Rəsmi Jurnalından məlum olacaq.

Daha əvvəl “Reuters” mənbələrə istinadən xəbər vermişdi ki, Avropa İttifaqı biznesmen Qriqori Berezkinə, “Ozon”un keçmiş rəhbəri Aleksandr Şulqinə və iş adamı Fərhad Əhmədova qarşı sanksiyaları uzatmaq niyyətində deyil. Agentlik Rusiya Federasiyasının dördüncü vətəndaşının adını vermir.

Sentyabrın 6-da Lüksemburqdakı Avropa Məhkəməsi Avropa İttifaqının Şulqinə qarşı tətbiq etdiyi sanksiyaları ləğv etmək qərarına gəlib, lakin o, ən azı iki ay qara siyahıda qalacaq.

Avropa İttifaqı Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı bir çox iqtisadi və fərdi sanksiyalar paketi qəbul edib. Bunlara rusiyalı iş adamlarına, jurnalistlərə və şirkətlərə qarşı sanksiyalar daxildir. 2022-ci ildə Berezkin də daxil olmaqla 60-dan çox sahibkar, Rusiya və Belarusdan olan bir şirkət Aİ-nin sanksiyalar siyahısına daxil edilməsinə etiraz etmək üçün Lüksemburqdakı Avropa Məhkəməsinə iddia qaldırıb. İş adamları hesab edirlər ki, onların fundamental hüquqları pozulub, xüsusən də Aİ-dəki aktivləri qanunsuz olaraq dondurulub.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN