Livanın cənubundakı Ayn əl-Helva qaçqın düşərgəsində fələstinli qruplaşmalar arasında toqquşmalar nəticəsində 15 nəfər ölüb, 150-dən çox insan yaralanıb.

Bu barədə Livanın NNA milli agentliyi məlumat yayıb.

Döyüşlərdə Fəth partiyasının hərbi qanadının və radikal Fələstin quldur dəstələrinin nümayəndələrinin iştirak etdiyi bildirilir.

“Son məlumatlara görə, toqquşmalar başlayandan bəri 15 nəfər ölüb, 150 nəfər yaralanıb”, – nəşr yazır.

Qeyd edək ki, iyulun sonunda Ayn əl-Helvedə Fəth və islamçı qruplar arasında da bir neçə gün davam edən toqquşmalar baş verib. Sonra Fəth komandirlərindən biri Əşrəf əl-Armuşinin öldürülməsindən sonra başlayıblar.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN