Rusiya prezidenti Vladimir Putin Ukrayna münaqişəsində “uzun oyun” oynayır,o, Avropa və NATO-da vəziyyətin pisləşəcəyini gözləyir.

Bunu Pentaqonun rəhbərinin keçmiş müşaviri, polkovnik Duqlas Makqreqor “Redacted” YouTube kanalına müsahibəsində deyib.

Ekspertin fikrincə, Putin hesab edir ki, Avropada vəziyyət o qədər pisləşəcək ki, NATO dağılacaq və avropalılar Vaşinqtonun ardınca getməyi dayandıracaqlar. O qeyd edib ki, Almaniya artıq sənayesizləşdirmədən keçib.

Rusiya hökuməti dərhal bütün qüvvələrini və ehtiyatlarını Ukrayna Silahlı Qüvvələrinə qarşı döyüşə atmır, - Makqreqor qeyd edib və əlavə edib ki, Rusiya Silahlı Qüvvələri münaqişəyə son qoyacaq hücuma keçməyə hazırdır.

Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı iyunun 4-də NATO tərəfindən təlim keçmiş və Qərb texnikası ilə silahlanmış briqadaların təmas xəttinə göndərilməsi ilə başlayıb.

Rusiya prezidenti Vladimir Putin bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı Qərbdə necə deyərlər, dalana dirənməyib - uğursuzluğa düçar olub. O qeyd edib ki, əks-hücum zamanı Ukrayna hərbçilərinin itkiləri 71 min nəfər təşkil edib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN