BMT Rusiyanı taxıl sazişinə qayıtmağa çağırsa da, Ukrayna açıq şəkildə bəyan edir ki, Moskvanın iştirakı ilə onun bərpasına heç vaxt razı olmayacaq.

Bunu xarici işlər naziri Sergey Lavrov deyib.

XİN rəhbərinin sözlərinə görə, Birləşmiş Millətlər Təşkilatının nümayəndələri indi rus diplomatlarını razılığın uzadılması təklifləri ilə “hər şeyin yaxşı olacağına” inandırmağa çalışırlar. Bununla yanaşı, təşkilat heç bir halda onun icrasına qayıtmaq niyyətində olmayan Kiyevin mövqeyinə məhəl qoymur.

“Yəni, BMT bu qapını döyür və Ukrayna deyir ki, rusları unut”, - Lavrov deyib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN