Amsterdamdan İstanbula uçan Türk Hava Yollarına məxsus təyyarənin şassisində kişi meyiti tapılıb. Ölən şəxsin kimliyi hələ müəyyən edilməyib.

“Belga” xəbər verir ki, Hollandiya Kral Polisi həmin şəxsin Amsterdamda təyyarəyə minə bilib-bilmədiyini müəyyən etmək üçün türk müstəntiqləri ilə əməkdaşlıq edir.

Cümə axşamı axşam saatlarında Şiphol hava limanından havaya qalxan təyyarə 3 saat sonra Türkiyəyə enib. Meyit texniki baxış zamanı aşkar edilib. Türkiyə mətbuatının məlumatına görə, polis araşdırma aparmaq üçün təyyarəni hava limanında qeyri-müəyyən müddətə saxlayıb.

Bəzi mənbələr həmin şəxsin sentyabrın 10-da Qərbi Afrika Qambiyanın Banjul şəhərində qanunsuz olaraq təyyarəyə mindiyini ehtimal edir. O vaxtdan bəri bu təyyarə Avropa, Asiya və Afrikaya təxminən on reys edib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN