Gürcüstanın Konstitusiya Məhkəməsi parlament üzvlərinin ölkə prezidenti Salome Zurabişvilinin impiçmenti ilə bağlı təqdim etdiyi ərizəyə baxmağa başlayıb.

Bu barədə Tezadlar.az məhkəmənin mətbuat xidmətinə istinadən xəbər verir.

Məhkəmə aydınlaşdırıb ki, ərizəni sentyabrın 12-də hakim “Gürcü arzusu” partiyasının sədri İrakli Kobaxidze, parlamentin spikeri Şalva Papuaşvili və “Gürcü arzusu” fraksiyasının icraçı katibi Mamuka Mdinaradze də daxil olmaqla 80 parlament üzvü təqdim edib.

“Sentyabrın 14-də Konstitusiya təqdimatlarının qeydiyyatı proseduru başa çatdıqdan sonra təqdimat qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınıb. Müvafiq olaraq, iş Konstitusiya Məhkəməsinin plenumuna verilib, o, bir ay müddətində ona baxacaq və rəyini parlamentə təqdim edəcək”, - deyə məlumatda bildirilir.

Gürcüstan qanunlarına görə, dövlət başçısının vəzifədən kənarlaşdırılması üçün Konstitusiya Məhkəməsinin rəyindən əlavə, parlamentdə səsvermənin keçirilməsi zəruridir. İmpiçment tam üzvlərin ən azı üçdə ikisi tərəfindən dəstəklənməlidir. Parlament çoxluğu 150 səsdən 84 səsə malikdir; impiçment üçün 100 parlamentarın dəstəyi lazımdır.

Bundan əvvəl hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyası ölkə prezidenti Salome Zurabişvilini Avropa ölkələrinə hökumətin təsdiqləmədiyi rəsmi səfərlərdə ittiham etmişdi ki, bu da Konstitusiyaya ziddir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN