Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Amerikanın PBS telekanalının jurnalistinin fəal Osman Kaval və kürd yönümlü Xalqların Demokratiya Partiyasının (XDP) keçmiş həmsədri Səlahəddin Dəmirtaşla bağlı müsahibəsi zamanı verdiyi suala görə narazılığını bildirib.

"Niyə bu qədər maraqlısınız? Türkiyə hüquqi dövlətdir. Bütün qərarlar Türkiyə məhkəmələri tərəfindən verilib və onlara hörmət edilməlidir", - o vurğulayıb.

Jurnalist bir neçə aydınlaşdırıcı sual vermək istəyəndə Ərdoğan qeyd edib ki, “onun sözünü kəsməyə haqqı yoxdur”.

"Mənə mane olmayın, buna haqqınız yoxdur. Sözümü kəsməyəcəksiniz, mənə hörmət edəcək və məhkəmə qərarlarına hörmət edəcəksiniz", - o əlavə edib.

Xatırladaq ki, Kavala 2017-ci il oktyabrın 18-də İstanbul hava limanında saxlanılıb. Həmin il noyabrın 1-də məhkəmə onu “konstitusiya quruluşunu dəyişdirmək və mövcud hökuməti devirmək cəhdi”nə görə həbs etmək qərarına gəlib. Türkiyə hakimiyyəti Kavalanı 2013-cü ildə baş vermiş etiraz aksiyalarında da əli hesab edirdi. 2020-ci ilin fevralında İstanbul məhkəməsi fəala bəraət hökmü çıxararaq azadlığa buraxılmasına qərar verib, lakin həmin gün prokurorluq onun həbsinə yenidən icazə verib.

2017-ci ilin yanvarında XDP həmsədrləri Səlahəddin Dəmirtaş və Figena Yüksekdağa qarşı terror fəaliyyəti və terror təbliğatı ittihamı irəli sürülüb. Ankara hesab edir ki, parlamentdə təmsil olunan bu partiya hələ də Kürdüstan Fəhlə Partiyası (Türkiyədə terror təşkilatı sayılır) ilə əlaqələr saxlayır və onun siyasi qanadı kimi çıxış edə bilər. 2017-ci ilin fevralında Dəmirtaş “Türk millətini, Türkiyə Cümhuriyyətini və onun dövlət qurumlarını alçaltmaqda” təqsirli bilinərək 5 ay müddətinə azadlıqdan məhrum edilib. Daha sonra müddət bir neçə dəfə uzadılıb və siyasətçi hələ də həbsdədir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN