Qarabağın erməni əhalisindən ibarət nümayəndə heyəti Azərbaycan hakimiyyətinin nümayəndələri ilə görüşmək üçün Yevlax şəhərinə gəlib.

Bu barədə m24.ru saytı məlumat yayıb.

Məlumata görə, Qarabağın erməni sakinlərinin nümayəndələri Rusiya sülhməramlı kontingentinin müşayiəti ilə gəliblər.

Bildirilir ki, iclasda Azərbaycan tərəfini Qarabağ bölgəsinin erməni sakinləri ilə təmaslara cavabdeh şəxs Ramin Məmmədov təmsil edir.

Xatırladaq ki, Azərbaycan Prezidentinin Administrasiyası çərşənbə günü bildirib ki, görüşdə Ermənistan əhalisinin reinteqrasiyası məsələləri müzakirə olunacaq. Öz növbəsində, dövlət başçısı İlham Əliyev xalqa müraciətində vurğulayıb ki, görüşdə erməni əhalisinin nümayəndələrinə “gələcək birgəyaşayış mənzərəsi” çatdırılacaq. "Onların (Qarabağ ermənilərinin – RED.) bütün hüquqları - təhsil hüququ, mədəni hüquqlar, dini hüquqlar, bələdiyyə seçkiləri hüququ təmin olunacaq", - dövlət başçısı vurğulayıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN