ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (United States Agency for International Development – USAİD) rəhbəri Samanta Pauer bu gün Amerika nümayəndə heyətinin tərkibində Ermənistana səfər edəcək.

Bu barədə “Reuters” amerikalı rəsmilərə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, USAİD-in rəhbəri Samanta Pauer və dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Yuri Kim Dağlıq Qarabağda vəziyyətin gərginləşməsindən sonra ABŞ-ın Ermənistana səfər edəcək ilk yüksək rütbəli nümayəndələri olacaq. Pauer yüksək səviyyəli hökumət rəsmiləri ilə görüşəcək və “ABŞ-ın Ermənistanın demokratiyası, suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə dəstəyini, eləcə də Dağlıq Qarabağda yaranan humanitar məsələlərin həllinə sadiqliyini bir daha təsdiqləyəcək”, - deyə agentlik Dövlət Departamentinin sözçüsündən sitat gətirib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN