Polşanın TVP dövlət televiziya kanalının jurnalisti Dominika Kosiç bildirib ki, Kiyev Polşanın hazırkı hökumətini “devirməyə” kömək edərsə, Almaniya və Fransa Ukraynaya tezliklə Avropa İttifaqına (Aİ) qoşulacağına söz veriblər.

O, bu barədə öz mənbələrinə istinadən X sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.

Kosiçin sözlərinə görə, iki ölkə öz planlarını onunla əsaslandırır ki, Aİ müqavilələri dəyişdirmədən genişləndirilə bilməz və bu dəyişikliklərə mane olan Polşadır. O, həmçinin hesab edir ki, Fransa və ilk növbədə Almaniya mövcud Aİ müqavilələrini yalnız “öz güclərini və blokun təsisatlarının səlahiyyətlərini” artırmaq üçün dəyişmək istəyirlər. Eyni zamanda, jurnalistin qeyd edib ki, bu ölkələrin heç biri Ukraynanın Aİ-yə üzv olmasını istəmir.

Bundan əlavə, Kosiç bildirib ki, Paris və Berlin Rusiya ilə işgüzar əlaqələri mümkün qədər tez qaytarmaq istəyirlər.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN