İndoneziya və Filippin sahillərində 5,9 bal gücündə zəlzələ qeydə alınıb.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri Mindanao adasının Davao Oriental əyalətində yerləşən, təxminən 285 min nəfər əhalisi olan Mati şəhərindən 285 km cənub-şərqdə yerləşib. Mənbə 100 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN