Qüdrət Nurəli oğlu Əliyev

Səhiyyə nazirinin Sumqayıta gələcəyi xəbəri Göz Xəstəxanasının baş  həkiminə əvvəlcədən çatmışdı. O da münasib bildiyi işçilərinə fərdi tapşırıqlar vermişdi. Özünün də hazırlığı var idi. Ağ xalat lazım olmamışdı. Tünd qara qonur rəngdə qat-qat kurjevalı inamarka donunu geyinmişdi. Libas onun ürəyincə idi. Neçə dəfə aynada özünə baxmışdı. Bu libasda o xanım-xatın bir qayınana idi.

Neçə il əvvəldən iki kabineti var idi. Öz işçilərini və xəstələri giriş qapısındakı saya kabinetdə qəbul etdiyi halda, öz istəyincə daha təmtəraqlı saydığı “Qış sarayı” kabinetində az-az görünər, “necə-nadir” qonaqları, təmtəraqlı qəbulları orada keçirərdi. Baş həkim naziri də bu kabinetdə - “Qış sarayı”nda qəbul edəcəkdi. Deyilmiş vaxtda lap az qalmış hər kəs ona həvalə edilmiş künc-bucaqda yerini tutduqda baş həkim “qış sarayında” tək qaldı. Hə..., deyəsən, xanımın istəyi baş tutmayacaq. Ötən xatirələr sellənib getdi. Xanım mürgülədi. Birdən diksinib ayılanda künc-bucaqda keşik çəkən, qorxmuş işçilərini təşvişdə gördü. Nazir gəlib, qonşu binaya – tamamlanma işləri gedən xəstəxana binasına keçmişdi.

Öz-özünə: - Bəs mən? Bəs mən? – deyə-deyə baş həkim nazirin nə üçün gəldiyinin səbəbini onun xəstəxanası ilə əlaqəsi olmadığını indi başa düşdü.

Şollar suyu da bir qabda açıq qalanda ağırlaşır. İradə həkim neyləsin? Eyni işdə üçüncü onilliyin baş həkimidi.

Mənimlə həkimin kiçik münaqişəsi 3 il əvvəl elə ümumişlək kabinetdə oldu. Müalicə və müayinə edilmişdim. Diqanozum bəlli idi: Kraxoma – gözü qidalandıran damarların quruması. Xəstəxanadan çıxaçıxda xoşməramlı yanaşmam ədalətə səbəb oldu.

Kaş o ili heç qoz ağacı bar gətirməyəydi. Qonşu uşağı qoz ağacını çırpmaz, uşaqlarımız da ləpə tədarükü görməzdi.

Mən baş həkimin masasına bir sıxma nərgiz çələnginə oxşar qoz ləpəsi qoyub “Kosa-keçəl” deyə-deyə bayramınız mübarək demək istəyirdim ki, həkim zərfi götürüb başının üstündə fırlada-fırlada:

- Mən bunamı sənə qrup yazım? – deyə çımxırdı.

Həkim toxdamadı, qeyzləndi:

- Cibimin pulu ilə sənə göz damcısı dərmanı almışam. Səhər-axşam bir çömçə kaşa-malaşanı əsirgəməmişəm, hörmətin budur?

Boğuldum. Təhqir edildiyim aşkardır.

O görüşdən sonra sığorta göndərişi ilə özgə klinikaya getsəm və uğursuz nəticə olsa da, o mənim soylum həkim qılıqlanmadı. Bu günlərdə də sahə həkiminin yazdığı elektron qeyddən ünvanlanmış stasionar müalicəyə göndərişimi həkim qəbul etmədi.

Təbib Sumqayıt Səhiyyəsinin direktoru, onun 3 müavini, 2 saylı xəstəxananın Adil adlı baş həkimi dayaq olub, dil yetirsələr də İradə həkim “Elə toyuq bir buddur ki, var” – deyə dediyindən dönmədi.

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN