Rusiya ilə Ermənistan arasında yaranan siyasi gərginlik fonunda Ermənistanda ictimai-siyasi qüvvələr hökuməti Aİ-yə üzvlük üçün müraciət etməyə çağırır.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə “Azadlıq” radiosunun erməni xidməti məlumat yayıb. İctimai-siyasi qüvvələr hökuməti Rusiya ilə bağlı təşkilatlardan çıxmaq və Avropa İttifaqına üzvlük üçün müraciət etmək prosesinə dərhal başlamağa çağırır. Məlumata görə, bəyanat müəllifləri Ermənistan hakimiyyətini Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, Avrasiya İqtisadi İttifaqı və Müstəqil Birlikdən çıxmağa çağırır. Bəyanat müəllifləri, həmçinin hakimiyyəti Avropa İttifaqına tamhüquqlu üzvlük üçün müraciət etməyə, Aİ-yə üzv dövlətlərlə, eləcə də ABŞ, Kanada, Hindistan və digər demokratik ölkələrlə ikitərəfli strateji tərəfdaşlıq sazişləri imzalamağa və Qərb ölkələri ilə ikitərəfli və çoxtərəfli hərbi və hərbi-texniki əməkdaşlığın dərinləşdirilməsi istiqamətində addımlar atmağa çağırırlar.

24 news

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN