Daxili İşlər Nazirliyi Ankarada DİN-in binası yaxınlığında terror aktı törədən ikicinci terrorçunun kimliyini müəyyən edib.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumatda bildirilib.

“DNT testi nəticəsində ikinci terrorçunun separatçı PKK təşkilatının üzvü - "Kanivar Erdal" kod adlı Özkan Şahin olduğu müəyyən edilib”, - məlumatda qeyd olunub.

Daha əvvəl terror aktını törədən digər şəxsin PKK üzvü Həsən Oğuz olduğu məlum olub.

Məlumatda vurğulanıb ki, təhlükəsizlik bölmələrimizin başlatdığı istintaq davam edir. Terrorla mübarizəmiz son terrorçu zərərsizləşdirilənə qədər əzm və qətiyyətlə davam edəcək.

trt

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN