"Mənim 35 illik yubileyim münasibətilə belə təbrik etdilər!"

***

İctimai fəal, Samirə Bayramovanın Tbilisidəki mənzilinin qapısına naməlum şəxs və ya şəxslər tərəfindən xaç və Rusiya bayrağı simvolları çəkilib.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə S. Bayramova "Facebook" sosial media hesabında məlumat paylaşıb.

İctimai fəal bu addımı qınayıb və manipulyasiya adlandırıb: "Bilmirəm nə yazım səhərdən etibarən günümü məhv etmək istəmirdim. Səhər idman etmək məqsədi ilə evdən çıxırdım. İlk öncə nə baş verdiyini anlamadım və belə bir hadisə ilə qarşılaşdım. Siz axmaqlar, bu bayrağı özünüz ürəyinizdə daşıyın. Dini belə bir formada təhqir etmək mədəniyyətsizlik və qeyri-insanidir. Sizin üçün bu bir manipulyasiya silahıdır. Heç bir dini simvol şəxsən mənə mane olmur. Qapının üzərində "Avropaya doğu" və qadın gücünü əks etdirən simvollar var idi, lakin onu boyayıblar. Çəkdikləri bayrağın yerində "Avqust müharibəsini xatırlayın" loqosu var idi. Onu oğurlayıblar, yoxsa nə ediblər, bilmirəm. Mən təhlükəsizlik baxımından Marneulidən Tbilisiyə köçdüm, mənim üçün ev özümü təhlükəsiz və gözəl hiss etdiyim yer idi. Mənim 35 illik yubileyim münasibətilə belə təbrik etdilər!",- deyə Bayramova paylaşımında vurğulayıb.

İctimai fəal Daxili İşlər Nazirliyini etiketləyərək: "Siz zorbaları gizlətməyə və dəstəkləməyə davam edin", - deyə qeyd edib.

samira-qapi-xac

24news

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN