ABŞ prezidenti Co Baydenin yüksək rütbəli müşavirləri krallıq və İsrail arasında sülh sazişi üçün "meqa razılaşma"nı müzakirə etmək üçün keçən həftə Səudiyyə Ərəbistanına gizli səfər ediblər.

Bu barədə “Axios” məsələ ilə bağlı məlumatlı mənbələrə istinadən məlumat yayıb.

Portalın həmsöhbətləri deyiblər: “Baydenin baş məsləhətçiləri krallıq və İsrail arasında sülh sazişini ehtiva edən potensial meqa sövdələşmə üzrə danışıqları davam etdirmək üçün keçən həftə Səudiyyə Ərəbistanına gizli səfər ediblər.

“Axios” əmindir ki, Ağ Ev ABŞ prezidentinin əsas səylərini 2024-cü ildə yenidən seçki kampaniyasına yönəltməzdən əvvəl “meqa sövdələşmə” bağlamağa çalışır. Portalın məlumatına görə, Ağ Evin Yaxın Şərq siyasəti üzrə koordinatoru Brett Makqurk və Baydenin enerji və infrastruktur üzrə baş müşaviri Amos Hokşteyn keçən həftə Ər-Riyada olublar.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN