Dövlət Departamenti rəhbərinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi, erməni maraqlarının fəal şəkildə  lobbiçiliyi ilə məşğul olan Yuri Kim vəzifəsini itirib.

Amerika Senatının saytının materiallarından belə görünür ki, onun yerinə yeni diplomat təyin edilib.

Bu gün Konqresin yuxarı palatası prezidentin təklif etdiyi namizədə yekdilliklə səs verib. Co Bayden Ceyms O'Brayen-i dövlət katibinin köməkçisi vəzifəsinə daha uyğun namizəd hesab edib. Əvvəllər o, Dövlət Departamentinin sanksiyalar siyasətini koordinasiya edib.

 Xatırladaq ki, Yuri Kim dəfələrlə Cənubi Qafqazdakı yeni reallıqlara uyğun gəlməyən bəyanatlar verib. Azərbaycan XİN də diplomatın bəzi sözlərini Azərbaycanın daxili işlərinə müdaxilə kimi qiymətləndirib.

Və beləliklə, ermənilərin haqsız iddialarının fəal müdafiəçisi Departamentdən yola salınıb...

Qeyd edək ki, Yuri Kİm Cənubi Koreya əsilli Amerika diplomatıdır.

Kim 1972-ci ildə Seulda anadan olub. Kimin atası Yuri Construction Co tikinti şirkətinin yaradıcısı Kennet Tae-Ranq Kim, anası isə evdar qadın və ictimai fəal Ceyn Va-Yeon Kimdir. 1976-cı ildə dörd yaşında ikən Kim ailəsi ilə Quama köçdü. Onun anası 1997-ci il avqustun 6-da Quamda qəzaya uğrayan Korean Air-in 801 nömrəli reysində həlak olan 228 sərnişin arasında olub. Kim  Pensilvaniya Universitetində bakalavr dərəcəsi və Kembric Universitetində magistr dərəcəsi alıb. İngilis dilindən əlavə Koreya, Çin (Mandarin), Yapon və Türk dillərini də  bilir.

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN