Avropa İttifaqı Azərbaycanın Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbilərindən sonra Ermənistana 25 milyon avrodan çox yardım ayıracaq.

Bunu Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen Avropa Siyasi Birliyinin Qranadada keçirilən sammitinə gələrkən deyib.

"Biz 5,2 milyon avro ayırmışıq. Mən bu gün Ermənistanın baş nazirinə (Nikol Paşinyana) deyəcəyəm ki, biz bu məbləği iki dəfə artıraraq 10,2 milyon avroya çatdırmaqdan xoşbəxtik. Və Ermənistan büdcəsinə daha 15 milyon avro yardım edirik", - deyib.

Avropa Komissiyasının rəhbəri Qranadada Paşinyanla görüş keçirəcəyini və Ermənistana dəstək məsələsini müzakirə edəcəyini bildirib.

"Əlbəttə ki, Ermənistan bu gün müzakirələrdə rol oynayacaq. Mən Ermənistanın baş naziri ilə ikitərəfli formatda görüşəcəyəm. Biz Ermənistanı qətiyyətlə dəstəkləyirik, onun humanitar ehtiyaclarını dəstəkləyirik”, - o deyib. - “Biz bu çətin vəziyyətdə Ermənistan üçün başqa nə edə biləcəyimizi müzakirə edəcəyik".

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN