Rusiya sülhməramlıları Qarabağıın 3 rayonundakı postlarını yığışdırdılar.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi (MN) məlumat yayıb. “Qarabağda tərəflərin keçmiş təmas xətti boyunca sülhməramlıların müvəqqəti müşahidə məntəqələri yığışdırılıb” - deyə nazirlikdən bildirilib.

Qeyd edilir ki, Rusiya sülhməramlı kontingenti Qarabağ ərazisində tapşırıqları yerinə yetirməkdə davam edir.

Diqqətə çatdıraq ki, ləğv edilən postlar Qarabağın Əsgəran, Ağdərə və Şuşa rayonlarında fəaliyyət göstərib.

Xatırladaq ki, Rusiya sülhməramlıları 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyannaməyə uyğun olaraq Azərbaycan ərazilərinin bəzi hissələrinə yerləşdirilib. Rusiya Federasiyasının sülhməramlı kontingentinin Qarabağda qalma müddəti 5 ildir və bu müddəti tərəflər uzada bilər.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN