Avropa Şurasının rəhbəri Çarlz Mişelin xarici siyasət səlahiyyətlərindən sui-istifadə etməsi ilə bağlı Avropa Komissiyasının sədri Ursula fon der Leyenə ünvanladığı iddialar Avropa İttifaqında parçalanmaya səbəb oldu.

Bu fikri politoloq, siyasi strateq və publisist Nataliya Eliseyeva oktyabrın 6-da “İzvestiya”ya açıqlamasında deyib.

Mütəxəssis qeyd edib ki, hər bir avropalı siyasətçi bu və ya digər şəkildə öz gündəmini təbliğ etməyə çalışır və bu, Avropa İttifaqında heç də hamının xoşuna gəlmir. Belə məqamlar Aİ-də siyasi qərarların qəbulu sahəsində ahəngdarlığın olmamasından, həmçinin Avropanın müəyyən məsələlərin həlli ilə bağlı vahid mövqedən çıxış etməməsindən xəbər verir.

"Hər kəs yorğanı öz üzərinə çəkir, lakin bu, əlbəttə ki, Avropada hər şeyin tamamilə hamar olmadığını və təbii ki, müəyyən bir parçalanmanın olduğunun siqnalı kimi qəbul edilə bilər", -  deyə Eliseeva yekunlaşdırıb.

Bundan əvvəl Avropa Şurasının rəhbəri Çarlz Mişel Ukrayna ilə bağlı mübahisələrə və hakimiyyət uğrunda gedən mübarizəyə görə Avropa Komissiyasının sədri Ursula fon der Leyeni tənqid edib. Mişelin sözlərinə görə, fon der Leyen səlahiyyətlərini aşır. Arqument kimi siyasətçi Tunislə miqrasiya müqaviləsini xatırladıb. Eyni zamanda, Avropa İttifaqı Şurasının rəhbərinin özü Ukraynanın 2030-cu ildə Aİ-yə üzv olacağını bəyan edib və bu, Avropa Komissiyasını qəzəbləndirib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN