Aİ-nin Qranadada keçirilən iclası Azərbaycan və Türkiyə liderlərinin iştirak etməməsi səbəbindən uğursuz olub.

Bunu "Politico" yazır.

Qəzetin yazdığına görə, Avropa liderləri münaqişənin həlli məsələlərində irəliləyişə nail ola bilməyiblər, çünki bu regionlar üçün əsas tərəflər, xüsusilə Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sammitdə təmsil olunmayıb.

Qeyd edək ki, bundan əvvəl Avropa Parlamentinin üzvləri Qarabağdakı vəziyyətlə əlaqədar Avropa İttifaqını Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnamə qəbul ediblər.

Sənəddə qeyd olunur ki, AP “Dağlıq Qarabağda çoxsaylı atəşkəs pozuntularına və insan hüquqlarının pozulmasına görə məsuliyyət daşıyan” Azərbaycan hökumətindəki şəxslərə qarşı sanksiyalar tətbiq etməyə çağırır.

Avropa Parlamenti həmçinin Brüssel və Bakı arasında əməkdaşlığın inkişafına yenidən baxmağa və Azərbaycan qazının idxalından asılılığı azaltmağa çağırıb.

Qətnaməni 491 deputat dəstəkləyib, 9 deputat əleyhinə səs verib, 36 deputat isə bitərəf qalıb.

Xatırladaq ki, bu qətnamə hüquqi qüvvəyə malik deyil.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN