Oktyabr 3-5-də İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Fransanın Paris şəhərindəki mənzil qərargahında Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsinin (ACN) 22-ci plenar iclası və Şəbəkənin İdarə Heyətinin 28-ci görüşü keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən Tezadlar.az-a bildirilib ki, qeyd edilən tədbirlərdə ölkəmizi Azərbaycan Respublikasının Baş prokurorunun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbovun rəhbərlik etdiyi, tərkibinə Baş İdarənin Preventiv tədbirlər və təhqiqat idarəsinin rəisi Səbuhi Alıyev, Təşkilati və informasiya təminatı idarəsinin prokuroru Nicat Nağıyev və Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın Katibliyinin böyük məsləhətçisi Kamran Həsənovun daxil olduğu nümayəndə heyəti tərəfindən təmsil olunub.

Qurumun oktyabr 3-də keçirilmiş 22-ci plenar iclasında nümayəndə heyətinin rəhbəri Nazim Rəcəbov tərəfindən ölkəmizin korrupsiyaya qarşı mübarizə təcrübəsinə dair geniş məlumat verilib, eləcə də ölkəmiz üzrə dəyərləndirilən hər bir fəaliyyət sahəsi üzrə tədbir iştirakçılarının sualları cavablandırılıb.

Plenar iclasda Azərbaycan üzrə 5-ci dəyərləndirmə mərhələsinin hesabatı müzakirə edilərək qəbul edilib. Korrupsiyaya qarşı mübarizə sahəsində dövlət siyasəti, müvafiq Milli Fəaliyyət Planının icrası, məhkəmə və prokurorluq sistemində həyata keçirilən islahatlar, həmçinin korrupsiyaya qarşı mübarizə sahəsində cinayət təqibi və ixtisaslaşmış qurumların fəaliyyəti yüksək qiymətləndirilib.

İdarə Heyətinin iclasında isə Şəbəkənin 2023-2026-cı illər üzrə İş Proqramının, o cümlədən Regional Dialoq, Hüquq Mühafizə Orqanları Şəbəkəsi, Biznesdə Dürüstlük platformalarının və Ölkə Layihələrinin icrası vəziyyəti müzakirə edilib. İclasda, həmçinin Avropa Birliyinin Şərq Tərəfdaşlığı ölkələri üzrə Təhsildə Dürüstlük mövzusunda xüsusi sessiyası keçirilib.

Nazim Rəcəbov tərəfindən ölkəmizdə korrupsiyaya qarşı mübarizənin dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil etməsi vurğulanaraq Anti-Korrupsiya Şəbəkəsinin (ACN) növbəti İş Proqramının dəstəklənməsi ifadə edilib.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN