Slovakiyanın müvəqqəti hökuməti Ukraynaya növbəti hərbi yardımı dayandırdığını elan edib.

Tezadlar.az bu barədə “Politico”-ya istinadən xəbər verir.

“Slovakiyanın istefa verən bürokratik hökuməti artıq Ukraynaya hərbi texnika göndərməyəcək”, – nəşr Nazirlər Kabinetinin nümayəndəsinə istinadən yazır.

Nəşr qeyd edir ki, bu qərar Ukraynaya dəstək verməyə qarşı çıxan partiyalar arasında koalisiyanın yaradılması ilə bağlı danışıqlar fonunda qəbul edilib.

Bundan əvvəl Slovakiya prezidenti Zuzana Çaputova Ukraynaya yeni hərbi yardım paketinin göndərilməsinə mane olub. O, “demokratik seçkilərin nəticələrinə hörmət edilməlidir” deyib və yeni koalisiyanın yaradılmasını gözləməyə çağırıb.

Xatırladaq ki, Fiko dəfələrlə Kiyevə dəstəyi dayandırmağa, anti-Rusiya sanksiyalarını ləğv etməyə və Ukrayna münaqişəsinə son qoymaq üçün sülh danışıqlarına başlamağa çağırıb.

Atlantik köşə yazarı Pyotr Kositski bəyan edib ki, Kiyev hakimiyyətinin səhvləri ucbatından Ukrayna Polşa və Slovakiyanın dəstəyini itirib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN