Blokada altındakı Qəzza zolağından İsrail bölgələrinə sızan silahlı qrup yaxınlıqdakı Sderot şəhərində polis idarəsini ələ keçirib.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə İsrail İctimai Yayım Təşkilatı (KAN) məlumat verib.

İsrail ordusu silahlı qruplarla qarşıdurmaya girib. Yaralananların olduğu bildirilir. İsrail ordusu Sderot şəhərinin girişində yolları bağlayıb.

İsrailin müdafiə naziri Yoav Gallant Qəzza zolağının ətrafındakı 80 kilometr radiusda olan ərazini hərbi zona elan edib. Qəzzadan dörd ayrı silahlı qrup ətrafdakı yaşayış məntəqələrinə daxil olub.

 Qeyd edək ki, bu gün səhər İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsində reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar. Hələ ki, ordu görünmür, 30 dəqiqədən az müddət ərzində silahlı hücumçular Sderotda gəzirlər. Artıq dinc sakinlər arasında ölənlər var.

İsrail ordusu müharibəyə hazırlıq vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qalant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.

 

trend

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN