“Həmas”ın silahlı qanadı “İzzəddin əl-Kassam” briqadasının komandanı Məhəmməd əd-Dayf İsrailə qarşı “Aksa tufanı” əməliyyatının başladığını və əməliyyat çərçivəsində yəhudi dövlətinin ərazisinə 5 min raket atıldığını elan edib.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə Anadolu agentliyi məlumat yayıb.

Qeyd edilib ki, Məhəmməd əd-Dayf Fələstin xalqının dövlət qurmaq layihəsinə başladığını deyib. Onun sözlərinə görə, İsrailin hərbi obyektlərinə və hava limanlarına raket zərbələri endirilib. Bundan başqa, İsrailin nəzarətində olan ərazilərə sızan fələstinli qruplar Sderot şəhərində polis mərkəzini ələ keçirib.

İsrail təcili yardım xidmətləri fələstinlilərin hücumları nəticəsində bir nəfərin həlak olduğunu, 15 nəfərin isə yaralandığını bildirib. SAXAL isə öz növbəsində Qəzza sektoru ətrafında 80 kilometrlik bölgədə hərbi vəziyyət rejimi elan edib və blokada altında olan bölgəyə zərbələr endirildiyini bildirib.

AzərTac

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN