Misirin İsgəndəriyyə şəhərində israilli turistləri daşıyan avtobus atəşə tutulub.

TEZADLAR.AZ xəbər verir ki, Misirin şimalındakı böyük turizm mərkəzində bir polis məmuru avtobusla şəhəri gəzən İsrail turist qrupuna  atəş açıb. Əvvəlcə yeddi İsrail və Misir vətəndaşının öldüyü, bir nəfərin yaralandığı bildirilsə də, daha sonra ölkənin Xarici İşlər Nazirliyi iki İsrail və bir Misir vətəndaşının öldüyünü, bir Misir vətəndaşının isə yaralandığını bildirib.

“Bu səhər bir qrup israillinin Misirin İsgəndəriyyəsinə turist səfəri zamanı yerli sakin onlara atəş açaraq iki İsrail vətəndaşını və bir yerli misirli bələdçini öldürüb”,- deyilib.

Atəş açan polis əməkdaşı saxlanılıb.

 

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN