BMT-nin Ümumdünya Ərzaq Proqramı (ÜƏP) İsrail və Fələstində zərər çəkmiş ərazilərə təhlükəsiz və maneəsiz humanitar çıxışa çağırır.

Baş qərargahı Romada yerləşən təşkilatın bəyanatında deyilir ki, ÜƏP bütün tərəflərin humanitar hüququn prinsiplərinə hörmət etdiyini və mülki əhalinin həyat və rifahını qorumaq, o cümlədən qidaya çıxışı təmin etmək üçün bütün lazımi tədbirlərin görməsini tələb edir.

Orada qeyd edildiyi kimi, çətinliklər əsasən Fələstin ərazilərinə aiddir.

  “ÜƏP ardıcıl olaraq həyat qurtaran ərzaq yardımı göstərib, hər ay təxminən 350.000 fələstinlini qidalandırıb və nağd pul köçürmə platforması vasitəsilə digər humanitar tərəfdaşlarla əməkdaşlıq edərək 1 milyona yaxın fələstinliyə çatıb.

Fələstinin zərər çəkmiş ərazilərindəki mağazaların əksəriyyətində indi bir aylıq ərzaq ehtiyatı olsa da, insanlar uzun sürən münaqişədən qorxaraq ərzaq ehtiyatı yığdıqları üçün tez tükənmək təhlükəsi ilə üzləşirlər.

 Açıqlamada deyilir: "Elektrik enerjisinin tez-tez kəsilməsi qidanın xarab olması riski yaradır. ÜƏP, həmçinin hərbi əməliyyatların qida istehsalı və çatdırılma zəncirini pozacağından narahatlığını da ifadə edib.

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN