Yola salınan gecə İsrailin hərbi qüvvələri Qəzza zolağında HƏMAS-ın 500-dən çox hədəfini raketlə vuraraq məhv edib...

Tezadlar.az CNN-ə istinadla bildirir ki, bu barədə İsrailin hərbi mənbələri məlumat yayıb. Məlumatda bildirilir ki, hədəflər döyüş təyyarələri, helikopterlər və artilleriyalarla vurulub. Məlumata görə, həmçinin HƏMAS rəhbərliyinin yerləşdiyi binalara da zərbələr endirilib. İsrail ordusu Qəzza zolağına zərbələr endirməyə və terror təşkilatlarının imkanlarını zəiflətməyə davam edəcək. 

Oktyabrın 7-də səhər saatlarında Qəzza zolağından İsrailə raket hücumları başlayıb və eyni zamanda silahlı qruplar yəhudi dövlətinin ərazisinə daxil olub. Ordu "müharibə hazırlığı vəziyyəti" elan edib və tezliklə cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib. Hər iki tərəfdən ölən və yaralananların isə sayı durmadan artıq...

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN