Bayden administrasiyasının immiqrasiya siyasəti İsrail hadisələrinin ABŞ-da təkrarlanmasına səbəb ola bilər.

 TEZADLAR.AZ xəbər verir ki, bu fikri bazar günü ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Marcori Teylor-Qrin (Corciya ştatından olan respublikaçı) X sosial şəbəkəsindəki  səhifəsində bildirib.

 "İsrailin başına gələnlər Amerikanın başına gələ bilər. Biz 160-dan çox müxtəlif ölkədən əcnəbilər tərəfindən işğal olunmuşuq", - deyə o yazıb.

Teylor-Qrin qeyd edib ki, səlahiyyətlilər çox vaxt ABŞ-a daxil olan qeyri-qanuni miqrantları və onların harada olduqlarını müəyyən edə bilmirlər və miqrasiyanın miqyası o qədər böyükdür ki, Bayden administrasiyası bunun öhdəsindən gələ bilmir.

"Bu, oyanış zəngi olmalıdır",- deyə siyasətçi vurğulayıb.

 Xatırladaq ki, HƏMAS qruplaşması şənbə günü Qəzza zolağından İsrailin cənub və mərkəzinə minlərlə raket zərbələri endirib. Onlarla fələstinli yaraqlı Qəzza zolağından yük maşınları və paraplanlarla İsrail ərazisinə daxil olub. Öz növbəsində İsrail Müdafiə Qüvvələri HƏMAS-ın irimiqyaslı hücumları ilə əlaqədar “Dəmir Qılınclar” əməliyyatının başlandığını elan edib və İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Qəzza zolağında nəqliyyat hədəflərinə hücum ediblər.

Onu da qeyd edək ki,  bazar günü səhər saatlarına olan məlumata görə, İsraildə Fələstinin HƏMƏS (Hərəkət əl-Müqavəmə əl-İslamiyyə) yaraqlılarının hücumu nəticəsində ölənlərin sayı 600-ü ötmüşdü.

Terrorçuların mülkü vətəndaşları - qadın və uşaqları da girov götürərək işgəncə verdikləri bildirilir...

 

JASMİN

 

 

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN