İsrail Müdafiə Qüvvələri Tvitter hesabında Qəzza zolağında HƏMAS-ın hədəflərinə yeni hücumlar həyata keçirməyə başladığını açıqlayıb.

“İD hazırda Qəzza zolağında HƏMAS terror təşkilatının hədəflərinə zərbələr endirir”, - hərbi bəyanatda deyilir.

Daha əvvəl bildirilmişdi ki, oktyabrın 9-na keçən gecə İsrail Müdafiə Qüvvələri Qəzza zolağına 800 zərbə endirib. Hücumdan sonra bölgə humanitar fəlakətin astanasında idi.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrailə güclü raket zərbəsi endirilmişdi. Qəzza zolağına rəhbərlik edən İslamçı HƏMAS hərəkatı hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

Buna cavab olaraq Qüds terrorla mübarizədə “Dəmir Qılınclar” əməliyyatına başladı. Onun birinci mərhələsi oktyabrın 8-nə keçən gecə başa çatıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN